Satılır 2 otaqlı köhnə tikili 55 m², Neftçilər m.
Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, Vasmoy bazarı yaxınlığında əlverişli ərazidə qanuni 2 otaqlı mənzil satışa çıxarılıb.
Mənzil Minsk layihəli 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 55 kv.m təşkil edir.
Planlaşdırması olduqca rahat və funksionaldır: otaqlar geniş və işıqlıdır, mənzil gün düşən və havadardır.
Mənzil səliqəli vəziyyətdədir və əlavə böyük təmirə ehtiyac olmadan yaşayış üçün yararlıdır.
Həm ailəvi yaşayış, həm də kirayə məqsədilə sərfəli seçim hesab olunur.
.
Bina möhkəm konstruksiyaya malikdir, həyəti geniş və səliqəlidir.
Ətraf mühit sakit və təhlükəsizdir, uşaqlar üçün oyun sahəsi və avtomobil saxlamaq üçün rahat park imkanları mövcuddur. Mənzilin yerləşdiyi ərazi infrastruktur baxımından çox əlverişlidir – yaxınlıqda supermarketlər, apteklər, məktəblər, uşaq bağçaları və digər vacib obyektlər yerləşir.
.
Mənzil Neftçilər metrosu və Xalqlar Dostluğu metrosu stansiyalarına cəmi 6–7 dəqiqəlik məsafədə yerləşir ki, bu da şəhərin istənilən nöqtəsinə rahat və sürətli çıxış imkanı yaradır.
Eyni zamanda, Vasmoy bazarına yaxınlıq gündəlik alış-verişi olduqca rahat edir, parkın yaxın olması isə istirahət və gəzinti üçün əlavə üstünlükdür.
.
Qeyd: Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.
Ətraflı məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.






































































































































