İcarəyə verilir 5 otaqlı yeni tikili 246 m², Sahil m.
Premium 5 otaqlı mənzil kirayə verilir – şəhərin mərkəzi
Şəhərin ən prestijli ərazilərindən birində, Sahil metro stansiyası çıxışı ilə üzbəüz, McDonald’s yerləşən binada lüks və geniş 5 otaqlı mənzil kirayə verilir.
Mənzil 3/9 mərtəbədə yerləşir və tam “Ağıllı Ev” sistemi ilə təchiz olunub. Bütün texnika və sistemlər məsafədən idarə olunur. Mənzildə tam isti döşəmə sistemi mövcuddur və hər otağın temperaturu ayrıca tənzimlənə bilir.
Mənzil otel konsepsiyasında planlaşdırılıb:
• 4 geniş yataq otağı
• 1 böyük salon (studio mətbəx)
• Ümumilikdə 5 sanuzel (hər yataq otağı üçün ayrıca)
Əlavə üstünlüklər:
• Qadın və kişi üçün ayrı qarderob otaqları
• Çamaşır otağı
• Mənzil daxilində əlavə anbar sahəsi
Mənzil son model televizorlar, kondisionerlər və xüsusi dizayn mebelləri ilə təchiz olunub. Yaşayış üçün lazım olan bütün əşyalar (qab-qacaq, yataq dəstləri, dəsmallar və s.) yeni və brenddir.
Kirayə haqqına mənzilin aylıq cari təmiri də daxildir. İstifadə zamanı yararsız hala düşən əşyalar ev sahibi tərəfindən yenisi ilə əvəz olunur.
• Ümumi sahə: 246 kv.m
• Geniş həyət
• Mənzilə məxsus parking yeri
Mənzilin bütün pəncərələri Sahil bağı istiqamətinə baxır. Şəhərin mərkəzində komfortlu və prestijli yaşayış üçün ideal seçimdir.









































































































































