Satılır 2 otaqlı köhnə tikili 75 m², Azadlıq Prospekti m.
📍 Azadlıq metrosu yaxınlığında köç-yaşa mənzil!
Özünə və ya ailəsinə rahat yer axtaranlar üçün çox gözəl bir təklifim var. Bina Binəqədi rayonunda, düz Azadlıq metrosunun çıxışında ("Kəmalə-Nərmin" şadlıq sarayının yanı) yerləşir.
283 sayli orta mekteble uzbeuz
Mənzil haqqında qısa məlumat:
Layihə: Kiyev layihəsi (9 mərtəbəli binanın 3-cü mərtəbəsi).
Sahə: 75 kv.m.
Otaq sayı: Əslində 2 otaqlıdır, amma çox səliqəli və rahat şəkildə 3 otağa düzəldilib.
Vəziyyəti: Təmiri eladir, ən əsası isə təmirdən sonra evdə çox az yaşayış olub.
Komfort: Dəhliz, mətbəx və sanitar qovşaqlar isti poldur. İstilik sistemi isə kombidir.
Niyə bu evi seçməlisiniz?
Düzünü desəm, bu ərazidə metroya cəmi 3-4 dəqiqəlik piyada məsafədə bu şəraitdə ev tapmaq hər zaman mümkün olmur. Binanın ətrafı tam infrastrukturla əhatə olunub: məktəb, bağça, marketlər, klinikalar və parklar düz əlinizin altındadır. Şəhərin hər yerinə rahatca çıxışınız var.
Sənəd məsələsi:
Heç bir problemi yoxdur, sənəd Kupçadır (Çıxarış). İpoteka ilə ev almaq istəyənlər üçün də tam yararlıdır.
Ünvan: Binəqədi rayonu, 8-ci mkr, Süleyman Sani Axundov küçəsi, ev 2Q, mənzil 94.
AK










































































































































