















Yasamal rayonu, H. Hüseynov küçəsində yerləşən yeni tikili binada olan mənzilimi satıram. Bina İnşaatçılar və 20 Yanvar metrosuna çox yaxın məsafədədir. Mənzil 12 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir, ümumi sahəsi 130 m², qanuni 3 otaqdır. Səxsi yaşayışım üçün sıfırdan, yüksək keyfiyyətli materiallarla təmir etdirmişəm və illərdir özüm yaşamışam. Evə baxanda bunu hiss etmək olur.
Mənzilin üstünlükləri:
• Geniş, rahat planlaşdırma (bütün otaqlar koridora açılır)
• İşıqlı və yelçəkən mənzil
• 3 balkon (2-si bağlı), balkonlarda hazır plastik şkaflar
• 2 sanitar qovşaq
• Yüksək keyfiyyətli parket döşəmə
• Mətbəx və koridorda isti döşəmə sistemi
• İşıq, su, qaz daimidir
Bina və şərait:
• 2 sürətli lift
• Yeraltı parkinq
• 24/7 mühafizə və kamera sistemi
• Səliqəli, geniş və maşınsız həyət (uşaqlar üçün çox rahatdır)
• Binaya aid su deposu və generator sistemi
Ərazi üstünlüyü:
Ətrafda bütün lazımi obyektlər var – marketlər, məktəb, bağça, aptek, xəstəxana və s. Həm yaşayış, həm də kirayə üçün çox əlverişli yerdir.
Təmiri və şəraiti ilə bu ərazidə nadir variantlardandır.
Real alıcı ilə qiymətdə razılaşma mümkün olar.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5984164
57
23 Mart 2026
Növbəti elanlar yüklənir...