Satılır 6 otaqlı həyət evi/bağ evi 230 m², Biləcəri q.
Biləcəri qəs Dərnəgül küç 7
Öz evimdir, paket kupçası var (o ərazidə demək olar kupçalı ev tək məndədir). Ümumi 230kv/m 6 otaq. Özüm üçün tikmişdim, işlərimlə əlaqədar satıram. Evi tamamlamaq üçün xırda işlər qalıb, qiymətində nəzərə alınıb. Makler evi deyil, ev geniş işıqlı, 2.3 sotda 8 daş kürsi ilə, qoşa daşla, aşağı və yuxarı monolit betonla keyfiyyətlə inşaa olunub. 1ci mərtəbə: böyük hall, 1 sanitar qovşağı, mətbəx və iki otaq; 2ci mərtəbə: 1 zal, 3 yataq otağı, 1 sanuzel, balkon və aşağıda balaca terassa. Kombi sistemi çəkilib, 1ci mərtəbə isti pol, yuxarıda olan s/q isti pol. Evi almaq istəyən şəxs öz zövqünə uyğun divarlara ya dekor və ya oboy ilə üzləyə bilər. Bütün divarlar boya ilə örtülüb. Bütün kommunal xəttləri mövcuddur. Məmmədoğullar servisinə və Azadlıq prospektinə çox yaxındır.
Biləcəri qəsəbəsi, Dərnəgül 7










































































































