Satılır 4 otaqlı köhnə tikili 100 m², Neftçilər m.
Salam
Neftçilər metrosuna 4 dəqiqəlik 500 metr məsafədə leninqrad layihəli binada 4 otaqlı mənzil satişa çixarilir. Elan sahibi mənzilin sahibidir.
Mənzil 9 mərtəbəli binanın 4 cü mərtəbəsində yerləşir.4 ayrı-ayrı otaqlar,mətbəx , bir yerdə 10 metr uzunluqda açiq reşotkali eyvan,qonaq otağındaki eyvanın biri otağa qatılıb,o biri bağlıdır və plastik şkaflar yığılıb.
Mətbəxin eyvanı mətbəxə qatılıb
Böyük yataq otağındakı eyvan bağlıdır və hər iki tərəfə plastik şkaflar yığılıb.
Mənzil əşyalı satılır
Komunallar,telefon internet daimidir.blokun girişi domofondur.blok səliqəli və işıqlidir.həyətdə maşın saxlamağa rahat yer var
Mənzilin istilik sistemi kombidir ,binada mərkəzi istilik sistemi var .
Mənzil tam əşyalı olaraq satılır,və bütün elektronika məhsulları var(2-soyuducu, paltaryuyan,2-televizor,)
50 metr məsafədə məktəblər ,uşaq bagçalari,poçt,marketlər var.
Mənzilin satiş qiyməti
265000 manat






















































































































