İcarəyə verilir 2 otaqlı yeni tikili 60 m², 20 Yanvar m.
20 Yanvar və Əcəmi metrosuna yaxın ərazidə yerləşən yeni tikili binada 2 otaqlı mənzil kirayə verilir. Mənzil 17 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir və yüksək səviyyədə – super təmir olunub. Təmirdən sonra mənzildə yaşayış olmayıb və bütün əşyalar yenidir.
Mənzil tam əşyalıdır və rahat yaşayış üçün lazım olan bütün mebel və məişət texnikası ilə təmin olunub. İşıqlı, səliqəli və geniş otaqları var. Yeni tikili bina təhlükəsiz və səliqəli mühitə malikdir, lift və bütün kommunal xidmətlər daim işlək vəziyyətdədir.
Metrolara yaxın yerləşməsi sayəsində nəqliyyat baxımından çox əlverişli ərazidədir. Ətrafında marketlər, məktəb, aptek və digər lazımi obyektlər mövcuddur.
Mənzil səliqəli və ciddi şəxslərə, əsasən ailəli şəxslər üçün nəzərdə tutulmuşdur.
Real kirayə götürmək istəyən şəxslər əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərlər





























































































































































































































