Satılır 2 otaqlı yeni tikili 64 m², Əhmədli m.
Həzi Aslanov metrosu yaxınlığında, Ukrayna dairəsinə yaxın ərazidə yerləşən Səfalı MTK-da mənzil satışa təqdim olunur. Bu bina Həzi Aslanov ərazisində prestijli və keyfiyyətli yaşayış binalarından biri hesab olunur.
Mənzil 1 otaqdan 2 otağa düzəlmə (zal-studio) görnüşündədir. Ümumi sahəsi 64 kv.m-dir. Mənzil mansard deyil, lift birbaşa mərtəbəyə qalxır. Planlaşdırılması rahat və işıqlıdır.
Mənzil tam əşyalı satılır və yaşayış üçün hazır vəziyyətdədir. Qaz, su və işıq daimidir. İstilik sistemi kombidir.
Sənədləri qaydasındadır – kupçalıdır və ipotekaya yararlıdır.
Yerləşmə baxımından çox əlverişli mövqedədir. Mənzil Həzi Aslanov və Əhmədli metrolarına yaxın, Ukrayna dairəsinin yaxınlığında yerləşir. Ətrafında məktəblər, uşaq bağçaları, marketlər, parklar və digər vacib infrastrukturlar mövcuddur.
Qiymət: 157 000 manat
Ofis haqqı: 1%
Ətraflı məlumat üçün zəng edə bilərsiniz.







































































































































