İcarəyə verilir 2 otaqlı yeni tikili 75 m², Neftçilər m.
Olympus Park yaşayış kompleksində 2 otaqlı mansard mənzil kirayə verilir.
Mənzil 75 m², 16 mərtəbəli binanın 16-cı mərtəbəsində (mansard) yerləşir. Lift 15-ci mərtəbəyə qədər qalxır, son mərtəbəyə isə 1 mərtəbə pilləkənlə çıxılır.
Ev super təmirlidir və bütün əşyaları ilə birlikdə kirayə verilir. Mənzildə su, işıq və qaz daimidir, kombi sistemi mövcuddur.
Məişət texnikası:
LG soyuducu
Bosch soba
LG paltaryuyan
Gorenje qabyuyan
Mənzil yüksək keyfiyyətli materiallarla təmir olunub və güclü istilik və səs izolyasiyası var. Dam hissəsi pena və iki qat daş yun ilə izolyasiya edilib, buna görə qışda çox isti, yayda isə sərin olur. Pəncərələr mansard tipli, yerdən başlayan panoramadır.
Təmir zamanı əlavə olaraq otaqda böyük şkaf, sürüşən taxta otaq qapısı və digər dizayn dəyişiklikləri edilib.
Yerləşmə:
Neftçilər metrosuna 4 dəqiqəlik məsafə
Xəzər Universitetinin arxası
Zəngi Liseyinin yanı
214 və 62 nömrəli məktəblər binanın yaxınlığında
Binanın altında və ətrafında market, uşaq məktəbi, pilates studiyası, barbershop və coffee shop fəaliyyət göstərir.
Bina 24/7 mühafizə olunur.
Yalnız ailəyə kirayə verilir.
Müqavilə ilə veriləcək.
💰 Aylıq kirayə haqqı: 1000 AZN
📌 Ofis haqqı: 30%





















































































































































































