Satılır 4 otaqlı köhnə tikili 125 m², Azadlıq Prospekti m.
KUPÇALI VƏ İPOTEKAYA TAM YARARLI!
.
Binəqədi rayonu, 8-ci mkr, Azadlıq Prospekti metrosuna yaxın
yerləşən mənzil satışa təqdim olunur. Mənzil 9 mərtəbəli Leninqrad layihəli binanın 4-cü mərtəbəsində yerləşir. Qanuni 5 otaqlı olan
mənzil funksional şəkildə 4 otağa düzəldilib və ümumi sahəsi
125 kv.m təşkil edir. Mənzil yelçəkəndir və orta blokda yerləşdiyinə
görə həm işıqlı, həm də rahat planlaşdırmaya malikdir.
.
Mənzil 90 faiz əşyaları ilə birlikdə satılır, bu da yeni sahib üçün
əlavə rahatlıq yaradır. Qaz, su və işıq daimidir, binada mərkəzi istilik sistemi mövcuddur.Binanın blokunda və girişində təhlükəsizlik
kameraları quraşdırılıb, blokun qapısı kodludur və mənzildə domofon sistemi mövcuddur. Bina və həyət səliqəli və baxımlıdır, geniş həyəti
və yaşıllıq ərazisi var. Həyətin hər iki tərəfində uşaq parkı və oyun meydançaları yerləşir. Ərazi infrastruktura görə çox əlverişlidir. Yaxınlıqda uşaq bağçaları, məktəblər, marketlər və digər iaşə obyektləri mövcuddur. Azadlıq Prospekti metrosuna təxminən 5 dəqiqəlik məsafədə yerləşir, həmçinin yaxınlıqda avtobus dayanacaqları var.
.
Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Əlavə məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.



































































































































