İcarəyə verilir 3 otaqlı yeni tikili 95 m², Badamdar q.
Badamdar qəsəbəsinin seçilən və sakit ərazilərindən birində gözəl kirayə mənzil təklif olunur. Mənzil Oksford məktəbinin yanında, Milli Məclisin arxasında yerləşən 18 mərtəbəli yeni tikili binanın 11-ci mərtəbəsində yerləşir.
2 otaqdan 3 otağa səliqə ilə düzəldilmiş mənzil tam əşyalı şəkildə kirayə verilir. Mənzildə iki rahat yataq otağı və geniş, işıqlı qonaq otağı mövcuddur. Ev çox işıqlı və gün görən mənzildir, otaqların planlanması rahat və funksionaldır. Mətbəx dəhlizə yığılıb və sahədən çox səmərəli istifadə olunub.
Balkondan açılan mənzərə isə bu mənzilin ən gözəl üstünlüklərindən biridir. Balkon birbaşa Nəbatət bağına baxır və mənzilə xüsusi sakitlik və gözəllik qatır.
Ərazi infrastrukturu ilə də çox əlverişlidir. Yaxınlıqda məktəblər, marketlər, iaşə obyektləri və digər lazımi xidmətlər mövcuddur. Rahat və keyfiyyətli yaşayış axtaranlar üçün ideal seçimdir.
Əlavə suallarınız yaranarsa əlaqə saxlaya bilərsiniz.









































































































































































































