İcarəyə verilir 2 otaqlı yeni tikili 67 m², Nərimanov r.
KOROĞLU RESIDENCE yaşayış kompleksində, şəhərin ən gözəl və prestijli ərazilərindən birində yerləşən 2 otaqlı mənzil kirayə verilir. Mənzil 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir, ümumi sahəsi 67 kv.m-dir və şəhərə açılan möhtəşəm panorama mənzərəsinə malikdir.
Mənzil full modern təmirlidir və təmirdən sonra yaşayış olmayıb. Bütün mebel və məişət texnikası yenidir. Mətbəx avadanlıqları və qab-qacaqdan tutmuş ütü masasınadək bütün zəruri əşyalarla tam təmin olunmuşdur. Kondisioner, televizor, isti döşəmə sistemi və kombi mövcuddur ki, bu da ilin bütün fəsillərində komfortlu yaşayış təmin edir.
KOROĞLU RESIDENCE güclü mühafizə sistemi və tam təhlükəsizlik tədbirləri ilə seçilir. Kompleksdə 24/7 mühafizə, videomüşahidə və təhlükəsiz giriş-çıxış sistemi mövcuddur. Sakit və elit yaşayış mühiti ailəvi və rahat həyat üçün ideal seçimdir.
Kompleks şəhərin ən əlverişli nöqtələrindən birində yerləşir. Ətrafda supermarketlər, restoranlar, parklar, ictimai nəqliyyat dayanacaqları və şəhərin əsas istiqamətlərinə rahat çıxış imkanları mövcuddur.
Kirayə haqqı 1200 AZN-dir.
Ofis haqqı 30 faizdir.























































































































































































































