Satılır 3 otaqlı köhnə tikili 90 m², Suraxanı r.
Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi ərazisində 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən əla təmirli, əşyalı mənzil satışa təqdim olunur. Mənzil Leninqrad layihəlidir və qanuni 3 otaqdan ibarətdir.
.
Bina Həzi Aslanov metrosu və Əhmədli metrosu istiqamətinə cəmi bir neçə dəqiqəlik məsafədə, Neapol dairəsi yaxınlığında, 555 Şadlıq Sarayı və Venesiya Şadlıq Sarayı yanında yerləşir. Binanın qarşısında 46 və 40 nömrəli marşrutların dayanacağı var. Yaxınlıqda 264 və 204 nömrəli məktəblər, bir neçə uşaq bağçası və bütün zəruri iaşə obyektləri mövcuddur.
.
Mənzil ən üst mərtəbədə yerləşsə də, binanın dam örtüyü əvvəlki sahib və hazırkı sahib tərəfindən ikiqat tol ilə keyfiyyətli şəkildə izolyasiya olunub, bu səbəbdən su sızıntısı riski yoxdur. Ərazidə su fasilə ilə verilsə də, binanın damında quraşdırılmış 2 tonluq su çəni sayəsində mənzildə daimi su təmin olunur. Binanın həyəti genişdir və parkinq problemi yaşanmır.
.
Mənzil hazırda aylıq 620 manat ödənişlə 8% ipotekadadır və qalıq borc 71.000 manat təşkil edir. Ümumi satış qiyməti 169.000 manatdır. İstək olarsa, 98.000 manat ilkin ödəniş etməklə ipotekanı alıcının adına keçirmək mümkündür. Bunun üçün alıcı ipoteka tələblərinə uyğun olmalıdır.
.
Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.










































































































































