Satılır 2 otaqlı yeni tikili 55 m², Badamdar q.
Badamdar qəsəbəsində, KFC-nin və Super Toys oyuncaq mağazasının yerləşdiyi binada, sənəddə 47 kv.m, faktiki olaraq balkonla birlikdə 55 kv.m olan, 16 mərtəbəlinin 5-ci mərtəbəsində əşyalı mənzil satılır. Bazar Store ilə üzbəüz, Gəlin Qayanın yanındakı hündürmərtəbəli binadır. Öz mənzilimdir.
Mənzil yaşayış üçün tam hazır vəziyyətdədir. İstilik sistemi kombidir, mətbəx, hamam otağı və s/q isti döşəmədir. Mənzil orta mənzildir, yayda sərin, qışda isti qalır. Günəş görən, işıqlı evdir. Öz yaşayışım üçün təmir etmişəm, 1.5 ildir yaşayıram. Mətbəx mebeli, yataq otağı, koridor və qonaq otağı mebelləri qalır. Kondisioner, soyuducu və paltaryuyan götürüləcək.
Binanın ətrafı infrastruktur cəhətdən çox əlverişlidir, nəqliyyat və gündəlik ehtiyaclar baxımından olduqca rahatdır. Mənzil baxımlıdır, əlavə xərc tələb olunmur. Qiymətdə cuzi endirim olacaq.
Vasitəçilər narahat etməsin.










































































































